Gürcüstanda seçkilərin ikinci turu başa Çatdı

21:04 - 30 Oktyabr 2021

Gürcüstanda seçkilərin ikinci turu başa Çatdı

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başa çatıb.

 

Manşet.az xəbər verir ki, səhər 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 39,5% (825 129 seçici) təşkil edib.

 

Seçki prosesi əksər məntəqələrdə sakit şəraitdə keçsə də, bəzi bələdiyyələrdə hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat”partiyalarının tərəfdarları arasında qarşıdurmalar baş verib.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin