Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
17:44 - 30 Oktyabr 2021
Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün Romaya gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun görüş planı məlum olub.
Manşet.az TASS-a istinadən xəbər verir ki, o, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb müzakirələr aparmaq niyyətindədir.
Eyni zamanda, Rusiya nümayəndə heyətinin məlumatına görə, Lavrov Çinin xarici işlər naziri Van İ, eləcə də fransalı həmkarı Jan-İv Le Drian ilə danışıqlar aparacaq. Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilə görüşləri də gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin