Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
17:33 - 30 Oktyabr 2021
Kolumbiyada oktyabrın 31-dən etibarən 3-11 yaş arasında olan uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq.
Manşet.az-ın -ın məlumatına görə, bu barədə ölkə prezidenti İvan Duke “Twitter” hesabında yazıb.
Przident bildirib ki, oktyabrın 31-dən etibarən ölkədə keçirilən Uşaqlar Günü çərçivəsində sözügedən yaş qrupları üçün Cin istehsalı olan “Sinovac” peyvəndindən istifadə ediləcək.
Qeyd edək ki, bu günədək Kolumbiyada 12-17 yaş arası yeniyetmələr peyvənd olunublar.
Bu yaş qruplarına isə “Pfizer” və “Moderna” peyvəndləri vurulub.
Xatırladaq ki, ölkədə pandemiya başlayandan bəri 4,9 milyon insan koronavirusa yoluxub, 127 min nəfər ölüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin