"Bakı-İrəvan görüşünü səbirsizliklə gözləyirik" - Dövlət Departamenti
17 Sentyabr 2024
14:24 - 27 İyul 2024
Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblər təsdiq edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".
O bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin