"Mahir 10 qol şansının hamısından istifadə edəcək” - Legiya”nın baş məşqçisi

12:48 - 30 Oktyabr 2021

Legiya"nın baş məşqçisi Marek Qolebiyevski klubun rəsmi saytına açıqlama verib.

Manşet.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Mahir Emreli haqda danışıb. O, Mahirin "Piast"la oyunda topu dirəyə vurduğu epizodla bağlı fikirlərini bildirib:

"Mahir Emrəli ilə topun iki dəfə dirəyə dəydiyi vəziyyətlə bağlı danışdım. Mən özüm də hücumçu olmuşam, beynini təmiz saxlaması üçün onu sakitləşdirdim. Hücumçu dəyərləndirə bilmədiyi epizodları düşünərək yaşaya bilməz. Hər zaman növbəti addımın atılacağına dair müsbət düşünmək lazımdı. Düşünürəm ki, bu, bir qol məsələsidir - əgər o, qol vursa, kilid açılacaq.

O, həqiqətən istəkli, iddialı, gənc oğlandır. Görürsən ki, bəzən istəmək heç də həmişə nəticə vermir. Onunla "Piast"la oyundakı epizod haqda danışdım və dedim ki, növbəti 10 şansının hamısdan istifadə edəcək. Bəzən idmanda elə olur ki, topun niyə qapıya getmədiyini bilmirik. İdman belədi".


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin