ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng etdi
16 Sentyabr 2024
15:54 - 24 İyul 2024
İranın keçmiş prezident Mahmud Əhmədenejata qarşı sui-qəsd cəhdi baş tutmayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki,hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenejat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.
Məlumata görə, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejata başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədenejat olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.
Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Peugeot” avtomobili ilə toqquşub. Onun bir sərnişini yaralanıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin