Bu ölkədə sabiq prezidentə qarşı sui-qəsd cəhdi oldu

15:54 - 24 İyul 2024

Bu ölkədə sabiq prezidentə qarşı sui-qəsd cəhdi oldu

İranın keçmiş prezident Mahmud Əhmədenejata qarşı sui-qəsd cəhdi baş tutmayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenejat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.

Mahmud Əhmədenejata sui-qəsd cəhdi oldu | KONKRET

Məlumata görə, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejata başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədenejat olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.

Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Peugeot” avtomobili ilə toqquşub. Onun bir sərnişini yaralanıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin