Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
12:49 - 23 İyul 2024
Xalq artisti Ağadadaş Ağayevin törətdiyi insidentlə bağlı yeni detallar bəlli olub.
Manset.az xəbər verir ki, hadisə "MedEra" klinikasının qarşısında baş verib.
Xalq artisti Ağadadaş Ağayev "MedEra" klinikasının yerləşdiyi şəhərcikdə yaşayır.
Onkoloji xəstəlikdən əzizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün eyvana çıxaraq klinikadan yardım istəyib.
Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman əsəbiləşən A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.
***
11:49
Xalq artisti Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı mətbuatda məlumat yayılıb
Manset.az Ucnoqta.az-a istinadən xəbər verir ki, hadisədən bir gün öncə Xalq artisti qulağından aldığı xəsarətlə bağlı xəstəxanalardan birinə müraciət edib. Müayinə olunan müğənninin qulağına tikiş qoyulub, evinə qayıdıb.
Ağadadaş Ağayev səhərisi, hadisə günü əlində balta ilə xəstəxanaya gəlib. Onu sakitləşdirməyə çalışan mühaifizəçi ilə dalaşıb. Sonra əlindəki baltanı cəld xəstəxana istiqamətə atıb. Balta həyətdə təmizlik işi görən qadının ayağına dəyib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin