Azərbaycanlı qardaşlar 1/8 finalda -

08:10 - 30 Oktyabr 2021

Azərbaycanlı qardaşlar 1/8 finalda - DÇ

Boksçumuz Sərxan Əliyev dünya çempionatında mübarizəyə qoşulub.

 

Manset.az xəbər verir ki, millimizin 71 kiloqram çəki dərəcəsindəki üzvü 1/16 finalda şotlandiyalı Stiven Nyunsla qarşılaşıb. 

Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını 1/8 finala yazdırıb.

Əliyev növbəti döyüşünü oktyabrın 31-də keçirəcək.

*** 22:01

Azərbaycan boksçusu Tayfur Əliyev dünya çempionatında ikinci döyüşünə çıxıb

Fanat.Az xəbər verir ki, millimizin 60 kiloqram çəki dərəcəsindəki üzvü 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn 24 yaşlı idmançımız 1/8 finala yüksəlib.

Əliyev növbəti döyüşünü Finlandiyanı təmsil edən Arslan Xatayevə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 31-də baş tutacaq.

*** 09:45

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü döyüşəcək. Onlardan biri ilk, digəri ikinci görüşünü keçirəcək.

71 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Sərxan Əliyev startda şotlandiyalı Stiven Nyunsla qarşılaşacaq.

Bundan öncə isə Sərxanın böyük qardaşı Tayfur Əliyev (60 kq) rinqə çıxacaq. İlk mərhələdə Haiti idmançısını üstələyən 24 yaşlı dəri əlcək ustası Simone Spada (İtaliya) ilə yumruqlarının gücünü yoxlayacaq.

Hər iki duel 1/16 final mərhələsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundiala 9 boksçu ilə yollanıb. Bunadək Məsud Yusifzadə (51 kq), Malik Həsənov (63,5 kq), Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92kq) ilk görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Ümid Rüstəmov (57 kq) ilə Rauf Rəhimov (92 kq) isə məğlub olaraq yarışla vidalaşıblar.

105 ölkədən 650 boksçunun iştirak etdiyi dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin