Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
10:39 - 22 İyul 2024
"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.
F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.
Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.
Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.
***
09:39
Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Manset.az xəbər verir ki, onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəridir.
R.Əliyev evli olub, 3 övladı qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin