Natavan kliniki ölüm keçirib - Açıqlama

07:30 - 20 İyul 2024

Natavan kliniki ölüm keçirib - Açıqlama

Müğənni Natavan Həbibi kliniki ölüm keçirdiyini açıqlayıb.

 

Manset.az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb.

O bildirib ki, əməliyyat zamanı narkoza görə problem yaşayıb:

"Narkozla bağlı qorxum var. Çünki ənəliyyat olunanda anestezi fərqli təsir etmişdi. Ürəyim dayanmışdı. Kliniki ölüm keçirmişdim. Belə şeylərə bir az həssas yanaşıram ki, sağlamlıq gözəllikdən öndədir. Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi. Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm olmuşdu. Ölümdən sonra nə varsa, getdim onu gördüm. Bizi çox fərqli şeylər gözləyir".


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin