Bayden namizədliyini geri götürür?

14:52 - 19 İyul 2024

Bayden namizədliyini geri götürür?

“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.

 

Manset.az xarici mediaya istinad'n xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.

Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftəsonu elan etməyi planlaşdırır:

“Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”,- deyə jurnalist açıqlamasında qeyd edib. 

Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilməyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.

 

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin