"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
14:03 - 18 İyul 2024
1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun Seçki Qərargahı yaradılıb. 9 nəfərdən ibarət Qərargahın tərkibinin genişlənəcəyi nəzərdə tutulur.
Manset.az xəbər verir ki, Müzakirələr zamanı 7 fevral prezident seçkilərindən sonra ölkəmizin həyatında elan olunan Yeni Dövrün əsas çağırışları üzərində dayanılaraq, gələcək Parlamentdən əhalinin gözləntiləri, müvafiq ərazinin iqtisadi-sosial mühiti və xüsusiyyətləri dərindən təhlil olunub.
Zahid Orucun seçkilərdə fəaliyyətinin əsas istiqamətləri, vətəndaş imzalarının toplanması üçün təşkilati tədbirlər, gələcəkdə rəsmən qeydə alındıqdan sonra platforma və proqramların hazırlanmasına dair qərarlar qəbul olunub. Aktiv seçki təbliğatı-təşviqatının qurulması üçün planlara dair vəzifə bölgüsü aparılıb və konkret tapşırıqlar verilib.
Qeyd edək, ötən seçkilərdə təşkilati və siyasi təcrübəsi olan şəxslərin Seçki Qərargahında təmsilçiliyinə üstünlük verilib.
Qərargah gələcək fəaliyyəti ilə bağlı ictimaiyyətə mütəmadi məlumatlar verəcəkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin