"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
11:50 - 18 İyul 2024
Argentina Prezidenti Xavyer Miley idman departamentinin sədr müavini Xulio Qarronu işdən çıxarıb. Buna səbəb Qarronun ölkə millisinin Fransa milli komandasının futbolçularına qarşı irqçi təhqirlərinə görə Lionel Messinin üzr istəməli olduğunu deməsidir.
Manset.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Prezident Administrasiyası bildirir ki, heç bir hökumət dünya çempionu və iki dəfə Amerika Kuboku sahibi olan Argentina milli komandasına və ya hər hansı digər vətəndaşlara nə danışmağı, nə düşünməyi, yaxud da nə etməli olduğunu deyə bilməz. Bu səbəbdən Xulio Qarro artıq idman üzrə departamentin sədr müavini deyil", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Amerika Kubokunun finalında argentinalılar Kolumbiya komandasını məğlub etdikdən sonra (1:0), qalib komandanın oyunçuları sosial şəbəkələrdə Fransa milli komandasının oyunçularına qarşı irqi təhqiramiz mahnının səsləndiyi videonu yayıblar. Videonu paylaşan Argentina milli komandasının yarımmüdafiəçisi Enzo Fernandes üzr istəyib. Fransa Futbol Federasiyası hadisə ilə bağlı FIFA-ya müraciət etmək niyyətində olub. Fernandesin çıxış etdiyi İngiltərənin "Çelsi" klubu oyunçunun hərəkətini pisləyib. Bundan sonra Qarro "UrbanaPlay" radiostansiyasına müsahibəsində belə vəziyyətdə milli komandanın kapitanı və Argentina Futbol Assosiasiyasının prezidentinin üzr istəməli olduğunu deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin