Fransalı nazir verdiyi sözü tutdu - VİDEO

16:36 - 15 İyul 2024

Fransalı nazir verdiyi sözü tutdu - VİDEO

Fransanın idman naziri Amelie Oudea-Kastera 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları öncəsi Sena çayında üzmək vədini yerinə yetirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, onu 2024-cü il Paralimpiya Oyunlarında Fransa yığmasının bayraqdarı olacaq triatlonçu Aleksis Hankinkant dəstəkləyib.

Fransanın idman naziri qeyd edib ki, ölkəsi Olimpiya Oyunlarına hazırdır, Sena çayının ekoloji vəziyyəti isə orada idman yarışlarını keçirməyə tam cavab verir.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin