Bu şəxslərin də maaşları artırıldı - RƏSMİ
15 Yanvar 2025
14:49 - 15 İyul 2024
Argentina 2024-cü ildə Amerika Kubokunun finalında Lautaro Martinezin 112-ci dəqiqədə vurduğu qolu ilə Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə qalib olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kapitan Lionel Messi matçın 64-cü dəqiqəsində aldığı zədə səbəbindən oyunu tərk etməli olub.
66-cı dəqiqədə Nikolas Qonzaleslə əvəzlənən 37 yaşlı ulduz hücumçunun ehtiyat oyunçular skamyasında topuğundakı şişlik diqqət çəkib.
Oyunun 112-ci dəqiqəsində Lautaro Martinez qol vuraraq hesabı 1:0 önə keçirib. Oyuna davam edə bilmədiyi üçün göz yaşlarını saxlaya bilməyən Messi Martinezin qoluna çox sevinib. Argentina kubokunu qazanan qolun sahibi Lautaro Martinez qolu kapitan Messini qucaqlayaraq qeyd edib.
Messinin göz yaşları matçda iz buraxıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin