Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
13:45 - 12 İyul 2024
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan dörd nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4 590 və 2 000 manat olmaqla ümumilikdə 7 804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin