"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
09:18 - 12 İyul 2024
ABŞ Prezidenti Co Bayden NATO-nun sammitində ukraynalı həmkarı Volodimir Zelenski ilə bağlı kobud səhvə yol verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, sözü Zelenskiyə verərkən onu "Ukrayna Prezidenti Putin" kimi təqdim edib.
Tədbir iştirakçılarının müdaxiləsindən sonra Bayden səhvini düzəldib.
Səhnəyə çıxan Zelenski isə amerikalı həmkarının əlini sıxıb.
Bundan əlavə, C.Bayden ABŞ-nin vitse-prezidenti Kamala Harrisi siyasi rəqibi Donald Trampla səhv salıb.
"Bilirsiniz, əgər onun bu vəzifəyə layiq olmadığını düşünsəyidim, Trampı vitse-prezident vəzifəsinə təyin etməzdim", - deyə C.Bayden Vaşinqtonda keçirilən NATO sammitinin yekun mətbuat konfransında deyib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin