Azərbaycan NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
24 Noyabr 2024
16:05 - 11 İyul 2024
COP29 tədbirinə qədər Bakıya 160 yeni elektrikli avtobus gətirilərək istifadəyə veriləcək.
Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O, bildirib ki, ilin əvvəlində paytaxtda 200 yeni avtobus istifadəyə verilib və yaxın vaxtlarda növbəti 200 avtobus da istifadəyə veriləcək:
"Ümumilikdə Bakıda 360 avtobusun da istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd edim ki, Bakının avtobus nəqliyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Bu şəbəkə şəhərin rəqəmsal əkizində simulyasiya edilib. Hazırda şəbəkənin tətbiqinə başlanılıb. İlk beş marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini mərkəzlə əlaqələndirən marşrutlardır. Onlar Hövsandan və Mərdəkandan işləyən marşrutlardır. Bu marşrutlar tədricən qanunvericiliyə müvafiq olaraq müsabiqədən keçirilməklə yenə də istifadəyə veriləcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin