NATO Ukraynaya yeni nümayəndə göndərəcək

09:22 - 10 İyul 2024

NATO Ukraynaya yeni nümayəndə göndərəcək

Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya yeni nümayəndə göndərəcək.


Manset.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bildirib.

“NATO-nun yeni yüksək rütbəli nümayəndəsi Ukraynaya gedəcək. O, Ukraynanın alyansla institusional əlaqələrini dərinləşdirəcək”, o vurğulayıb.

Onun sözlərinə görə, alyansın nümayəndəsi həmçinin NATO rəhbərliyi ilə Ukrayna hökumət rəsmiləri arasında qarşılıqlı əlaqələri koordinasiya edəcək.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin