Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
08:17 - 28 Oktyabr 2021
Türkiyəli müğənni İzzət Yıldızxan açıqlaması ilə müzakirələrə səbəb olub.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin proqramların birində "Qızlarmın filankəs mənim sevgilimdir demək kimi bir şansları yoxdur" ifadəsini işlədib:
"Qızlarımın ər seçmək şansları yoxdur. Mən seçməyəcəyəm, ailələr tanış olacaq. Mənim qızım heç kimlə sevgili ola bilməz. Bunu doğru hesab edirəm. Biri-birilərini tanıyacaqlar, amma onun da bir həddi var. Ailələrin nəzarətində tanıya bilərlər. Gənclər səhv edirlər, daha sonra evliliklər boşanmaqla nəticələnir. Sevgili olduğun vaxt hər şeyi yaşamalı deyilsən. Məsumiyyət olmalıdır, sevgi qorunmalıdır. Keçmişdə olan evliliklərə baxın, boşanma sayı bu qədər idi? Çünki məsumiyyət evliliyi bir ömür davam etdirir".
İzzətin sözləri sosial şəbəkə izləyiciləri arasında fikir ayrılığına səbəb olub. Bəziləri onun haqlı, bəziləri isə haqsız olduğunu yazıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin