Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə
6 Oktyabr 2024
15:58 - 8 İyul 2024
ABŞ Prezidenti Co Bayden yenə qəribə hərəkəti ilə gündəm olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filadelfiya kilsəsində seçki kampaniyası zamanı pastor ibadətçilərdən ayağa qalxmağı xahiş edərkən Ağ Ev rəhbəri yerində donub qalıb və boşluğa baxıb. Onun videosu sosial şəbəkələrdə viral olub.
ABŞ liderinin bu hərəkəti builki prezident seçkisində onun namizədliyi ilə bağlı artan narahatlıqlar fonunda baş verib.
Qeyd edək ki, mediada yayılan məlumatda Co Baydenin təkcə siyasətçilərin və dövlət başçılarının deyil, hətta dostlarının da adlarını unutmağa başladığı bildirilir.
Məlumata görə o, indi həyat yoldaşı Cillin dəstəyi olmadan ictimaiyyət qarşısına çıxa da bilmir.
Fidan Ceyhunqızı
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin