"Liverpul"un ulduzu komandadan ayrıldı

09:32 - 8 İyul 2024

"Liverpul"un təcrübəli qapıçısı əsas heyətə düşə bilmədiyi üçün komandanı tərk edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubun "X" sosial şəbəkəsi bu barədə paylaşım edib.

"Adrian "Liverpul"u tərk edir. "Enfild"də keçirdiyi 5 il ərzində o, klubun uğurlarına dəyərli töhfə verib. Həm komanda yoldaşları, həm də personal arasında önəmli biri olan Adrian ən xoş arzularla "qırmızılar"ı tərk edir. Hər şey üçün təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.

Adrian ötən mövsüm klubda bir dənə də olsun matça çıxmayıb.

Ümumilikdə, Andrian Mersisayd təmsilçisinin heyətində 26 oyun keçirib, bu oyunlarda 36 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.

 

Fidan Ceyhunqızı

Manşet.az


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin