“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı
6 Oktyabr 2024
19:10 - 7 İyul 2024
Avropa Çempionatında mübarizəni 1/4 finalda dayandıran Türkiyə millisinin ümumi qazancı bəlli olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “ay-ulduzlular” ümumilikdə 15.25 milyon avro gəlir əldə edib.
Bu gəlirin 9.25 milyonu AÇ-2024-ə iştiraka görədir.
Qardaş ölkə təmsilçisinin təkcə qələbəyə görə mükafatı 2 milyon avro olub.
Türkiyə millisi 1/8 finala yüksəldiyinə görə, 1.5 milyon, 1/4 -ə çıxdığına görə isə 2.5 milyon avro qazanıb.
Qeyd edək ki, Türkiyə millisi AÇ-2024-ün 1/4 final mərhələsində Niderland yığmasına 2:1 hesabı ilə uduzduqdan sonra mübarizəni dayandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin