Dənizdə batan qadını xilas edərkən özü boğuldu

18:22 - 7 İyul 2024

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Ötən gün Bilgəh çimərliyində bədbəxt hadisə baş verib.

 

Manset.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Anar İsmayılov dənizdə batıb.

Belə ki, mərhum çimərlikdə başqa bir qadının batdığını görüb və onu xilas etməyə çalışıb. Qadın sağ qalsa da, Anarın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Anar ticarət mərkəzlərinin birində mühafizəçi işləyib.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin