Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

20:03 - 6 İyul 2024

Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Manset.az xəbər verir ki, Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb.

O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin