Saatlıda 72 yaşlı kişi qətlə yetirildi - Oğlu saxlanıldı

19:44 - 6 İyul 2024

Saatlıda 72 yaşlı kişi qətlə yetirildi - Oğlu saxlanıldı

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin