Türkiyə Niderlandla oyuna bu heyətlə çıxır — Baş məşqçi danışdı

18:55 - 6 İyul 2024

Türkiyə Niderlandla oyuna bu heyətlə çıxır — Baş məşqçi danışdı

Bu axşam Türkiyə milli komandası Avro-2024-ün 1/4 finalında Niderland yığması ilə qarşılaşacaq.

 

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, “Ay-ulduz”lu komandanın italiyalı baş məşqçisi Vinçenzo Montella oyun öncəsi verdiyi açıqlamada qələbə qazanacaqlarına inandığını vurğulayıb.

“Biz tarix yazmaq istəyirik. Niderlanda oyununa hazırıq. Merih Demirala haqsız cəza verildi. Üzgünük, amma bu, bizi daha çox motivasiya edəcək", - baş məşqçi deyib.

Türkiyə millisinin meydana çıxacaq heyəti də artıq məlumdur: Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu, Okay Yokuşlu, Kaan Ayhan, Hakan Çalxanoğlu, Kenan Yıldız, Arda Güler, Barış Alper.

Qeyd edək ki, bu gecə keçiriləcək Niderland - Türkiyə matçı saat 23:00-da başlayacaq. Oyun Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin