Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir - Prezident

16:05 - 6 İyul 2024

Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir - Prezident

Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.

 

Manset.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin