Almaniya polisi “bozqurd”a görə mühafizəni artıracaq

13:30 - 6 İyul 2024

Almaniya polisi “bozqurd”a görə mühafizəni artıracaq

Almaniya Daxili İşlər Nazirliyi Türkiyə-Niderland görüşünü ən təhlükəli qarşılaşma hesab edərək mühafizəni ikiqat artıracaq.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb Avropa Çempionatının 1/8 final mərhələsində Merih Demiralın göstərdiyi “bozqurd” işarəsinin bəzi azarkeşlərdə qıcıq yaratmasıdır.

Buna görə də, Almaniya polisi təhlükəsizlik tədbirləri görəcək.

Qeyd edək ki, Türkiyə-Niderland görüşü iyulun 6-da Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin