Pensiyalarda bu qədər artım olacaq - DƏQİQ RƏQƏM
16 Noyabr 2024
20:56 - 27 Oktyabr 2021
2008-ci ildən 2021-ci ilin ortalarınadək dünya üzrə selfi çəkərkən 379 nəfər həyatını itirib.
Manşet.az xəbər verir ki, bu barədə bir qrup ispaniyalı alimin birgə araşdırmasında məlum olub.
Qeyd olunan müddətdə dünyada ümumilikdə 433 nəfər selfi zamanı ağır xəsarət alıb, onlardan 379-u dünyasını dəyişib. 2021-ci ilin ilk yarısında isə 31 nəfər selfinin qurbanı olub.
Selfi zamanı ölüm hallarına görə birinci yerdə Hindistan qərarlaşıb. Ölümlərin 26%-i bu ölkənin payına düşür. İkinci yerdəABŞ (10%) gəlir. Üçüncü yerdə isə 13 il ərzində ölüm hallarının 8,7%-nin qeydə alındığı Rusiyadır.
Araşdırmaya görə, qurbanların orta yaşı 24 olub. Bu müddət ərzində ölənlərin 41 faizi 19 yaşdan aşağı şəxslərdir. Selfi zamanı ən çox ölüm səbəbi (216 nəfər) hündürlükdən yıxılma olub. 17 nəfər isə vəhşi heyvanların hücumuna məruz qalıb.
Bizi Telegramda izləyin!
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin