Ərdoğan və Bayden Qlazqoda Qarabağı müzakirə edəcəklər

20:34 - 27 Oktyabr 2021

Ərdoğan və Bayden Qlazqoda Qarabağı müzakirə edəcəklər

Türkiyə prezidentinin sözçüsu İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Manşet.az xəbər verir ki, söhbət zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçiriləcək ikitərəfli görüşün gündəliyi müzakirə edilib.

Liderlərin F-35 məsələsi, həmçinin Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Şərqi Aralıq dənizi və Yunanıstandakı vəziyyət ətrafında fikir mübadiləsi aparacağı razılaşdırılıb.
Qeyd edək ki, Qlazqo İqlim Sammiti 31 oktyabr - 12 noyabr tarixlərində baş tutacaq.
 


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin