“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı
6 Oktyabr 2024
22:57 - 4 İyul 2024
“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq Wi-Fi üzərindən zəng xidmətini - VoWiFi (Voice over Wi-Fi) texnologiyasını istifadəyə verib.
Yeni xidmət ölkə xaricində olan abunəçilərə smartfonda Wi-Fi şəbəkəsi aktiv olduğu halda dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək.
Bunun üçün ölkə xaricində olarkən rouminq və VoLTE / VoWiFi xidmətlərinin aktiv olması kifayətdir.
VoWiFi xidmətinin üstünlükləri nələrdir?
Smartfonun VoWiFi texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat bakcell.com/vowifi səhifəsində yerləşdirilib.
Qeyd edək ki, VoWiFi texnologiyası “Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin