Gəncəyə ikinci raket hücumundan 4 il ötür
5 Oktyabr 2024
21:05 - 3 İyul 2024
Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qadınların mübarizəsinə start verilib.
Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, bir güləşçimiz finala vəsiqə qazanıb.
59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova ilk görüşdə almaniyal Luna Rotenbergerə (12:2), sonra rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ruzanna yarımfinalda litvalı Anna Tieliegina qarşılaşıb. 9:5 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib. O, həlledici görüşdə Yelena Kurova (AİN) ilə üz-üzə gələcək.
Elvina Kərimzadə (50 kq), Nərgiz Səmədova (55 kq) və Fatimə İsayeva (68 kq) təsəlliverici görüşlərə qatılacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin