Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR
31 Yanvar 2025
15:28 - 1 İyul 2024
Türkiyənin Antalya hava limanında uçuşlarda gecikmələr yaranıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kütləvi fasilələrə səbəb maaşların artırılmasını tələb edən aviadispetçerlərin tətili olub. Bundan əlavə, yüksək turizm mövsümü də öz təsirini göstərib.
Qeyd olunur ki, ləngimə hələ 10 gün davam edəcək.
Eyni zamanda, iyunun 29-da hava limanında 209 min nəfərlik rekord sərnişin axını qeydə alınıb. Liman, əsasən, beynəlxalq olmaqla 1 100-dən çox uçuş həyata keçirib və trafik artmaqda davam edir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin