Həbsdə olan icra başçısı sağaldı - Yenidən təcridxanaya köçürüldü

13:19 - 27 Oktyabr 2021

Həbsdə olan icra başçısı sağaldı - Yenidən təcridxanaya köçürüldü

Mərkəzi Gömrük Hospitalında koroavirus infeksiyasından müalicə alan İmişli rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin müalicə müddəti başa çatıb.

Manset.az xəbər verir ki, sabiq başçı Vilyam Hacıyev sağalaraq istintaq təcridxanasına qaytarılıb.

Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin