Roberto Montella ATƏT PA-nın Baş katibi seçildi

15:00 - 29 İyun 2024

Roberto Montella ATƏT PA-nın Baş katibi seçildi

Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.

 

Manset.az “Report"a istinadən xəbər verir ki, R.Montellin yeni mandatı 2026-cı il yanvarın 1-də başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Baş Katib Assambleyanın işlərinə rəhbərlik etmək, Katibliyin səmərəliliyini təmin etmək və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək, Büronun, Daimi Komitənin və Assambleyanın qərarlarının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşıyır.

Xatırladaq ki, R.Montella ilk dəfə bu postu 2016-cı ilin yanvarında tutub.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin