Bayden Trampı təhqir etdi

14:59 - 28 İyun 2024

Bayden Trampı təhqir etdi

ABŞ-nin hazırkı Prezidenti Co Bayden sabiq Prezident Donald Trampı təhqir edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizədlərin ötən gün baş tutan debatında Bayden Trampın “sahibsiz pişik” kimi əxlaqi prinsiplərə sahib olduğunu bildirib.

Baydan Trampı həyat yoldaşı hamilə ikən ona xəyanət etməkdə ittiham edib. Tramp isə bu iddiaları təkzib edib.

Qeyd edək ki, Trampın Stefani Kliffordla 2006-2007-ci illərdə münasibətlərinin olduğu iddia edilir. Bildiirlir ki, bu məlumatın üzə çıxmaması üçün 2016-cı ildə prezident kampaniyasının gedişatında  qadınaTrampın vəkili Maykl Koen tərəfindən 130 min dollar ödənib və maliyyə sənədləri saxtalaşdırılıb. Tramp isə iddiaları yalanlayaraq əsassız olduğunu deyib.

Bu ilin may ayında Tramp 34 ittiham üzrə təqsirli bilinib. Ona iyulun 11-də hökm oxunacaq. Sabiq Prezidenti  20 ilə qədər həbs gözləyir. O, ABŞ tarixində cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin