"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
13:59 - 28 İyun 2024
Dələduzluqda ittiham olunan ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə vəkili Rəşad Əliyev məlumat verib.
Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.
Bundan başqa prokurorluğun verdiyi protest təmin olunmayıb.
Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.
İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin