COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:49 - 28 İyun 2024
Dünyanın ən hündür dağının yamaclarında buzlaqların kütləvi şəkildə əriməsi nəticəsində Everestə qalxarkən həlak olan yüzlərlə alpinistin meyiti aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərin qalıqlarını dağdan endirmək üçün nepallı alpinistlər və hərbçilər əməliyyat həyata keçiriblər.
Məlumata görə, 30-a yaxın hərbi alpinistdən ibarət komanda yalnız beş nəfərin meyitini çıxara bilib, lakin buzluqların altında hələ yüzlərlə qalıq var.
1920-ci illərdə Everestə ilk yüksəlişlər başlayandan bəri 2024-cü ildə səkkiz alpinist də daxil olmaqla 300-dən çox insan həlak olub. Onların əksəriyyəti səkkiz min metrdən başlayan ölüm zonasında həlak olublar.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin