Latviya prezidenti koronavirusdan sağaldı

09:03 - 27 Oktyabr 2021

Latviya prezidenti koronavirusdan sağaldı

Latviya prezidenti Egil Levits COVID-19-dan sağalıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Ayva Rozenberq jurnalistlərə bildirib.

"Prezident COVID-19-a yoluxduqdan sonra ikinci test verib və analizin mənfi olduğu ortaya çıxdı", - Rozenberq deyib.

Onun sözlərinə görə, prezident özünü yaxşı hiss edir və məsafəli rejimdə işləməyə davam edir.

Daha əvvəl Latviya Prezidentinin dəftərxanası Egil Levitsin koronavirusa yoluxduğunu açıqlamışdı. Dövlət başçısının İsveçdən qayıtdıqdan sonra testdən verməsi onun virusa yoluxduğunu təsdiqləyib.

Qeyd edək ki, Levitsin xəstəliyi səbəbindən Rumıniya prezidenti Klaus Yohannisin bir neçə gün əvvəl Latviyaya planlaşdırılan səfəri ləğv edilməli olub. Bundan əvvəl Latviya prezidenti Estoniya prezidenti Alar Karislə görüşü təxirə salıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin