Dünyanın ən böyük kruiz gəmisi yandı

17:05 - 27 İyun 2024

Dünyanın ən böyük kruiz gəmisi yandı

Yanvar ayında ilk səyahətinə çıxan dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" Meksikanın Kosta Maya limanına yanaşarkən alovlanıb. “Royal Caribbean” rəsmiləri yanğının tez bir zamanda söndürüldüyünü bildiriblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir anda bütün gəmidə elektrik enerjisi kəsilərək liftlərin, kondisionerlərin, texniki xidmət stansiyalarının və kabinələrin içini iflic edib. 

“Royal Caribbean Group” sözçüsü yanğın nəticəsində gəminin gücünü itirdiyini təsdiqləsə də, bütün lazımi təhlükəsizlik prosedurlarına əməl edildiyini və ekipajın yanğını tez bir zamanda söndürə bildiyini qeyd edib.

Sosial şəbəkələrdə yayılan videoda səsgücləndiricidən fövqəladə vəziyyət elan edildiyi, yanğınsöndürənlərin pilləkənlərdən aşağı enməsi müşahidə olunur.

"Kosta-Mayada lövbər salan zaman bir növ qəza baş verib. 

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Gəmi hazırda qrafikə uyğun hərəkət edir.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin