COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
16:55 - 27 İyun 2024
Fransalı siyasətçi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyinin təsdiqlənməsinə qəzəblə reaksiya verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "X" sosial şəbəkəsində o, Fransanı “bu müharibə təşkilatını mümkün qədər tez tərk etməyə” çağırıb.
Filippo xatırladıb ki, Rutte koronavirus pandemiyası zamanı məhdudiyyətlərə qarşı çıxanlara “canlı güllə atıb”, Hollandiya tarixində ən böyük fermer üsyanına səbəb olub və parlamentinin icazəsi olmadan Ukraynaya F-16 döyüş təyyarələri verən ilk ölkə olub.
Siyasətçi əmindir ki, Fransa NATO-dan çıxmalı, öz maraqlarını və sülhünü müdafiə etməlidir.
Qeyd edək ki, 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edən Yens Stoltenberqin səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatır.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin