Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü

23:12 - 25 İyun 2024

Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü

Cəlilabad rayon sakini Masallıda ölüb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.


Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin