"Apple"a qarşı ciddi ittiham: "Yaşayış massivində insanları zəhərləyib"

17:26 - 25 İyun 2024

"Apple" şirkətinin keçmiş işçisi Aşli Yovik 2020-ci ildə mənzilində naməlum kimyəvi maddələrin təsirinə məruz qaldığı üçün zərər gördüyünü bildirib. O, 2023-cü ildə işəgötürənin "Skunkworks" yarımkeçirici laboratoriyasının zəhərli tullantılarını birbaşa yaşayış evlərinin pəncərələrinə atdığını aşkarladığını iddia edib.

 

Manset.az xarici mediaya istinadən xəbər veriri, "Apple" müvafiq icazələr olmadan yaşayış massivində qeyri-qanuni tədqiqatlar aparıb və müvafiq icazəsi olmadan silikon çiplər hazırlayıb. O, həmçinin, obyektin yerləşdiyi yerin ətraflı xəritəsini tərtib edib.

Müəssisədə aparılan axtarışlar zamanı içərisində maye kimyəvi maddələr olan açıq balonlar aşkarlanıb. "Apple" nümayəndələri bunların buxarın kənarlaşdırılmasını təmin etmək və konteynerlərin partlamasının qarşısını almaq üçün lazım olduğunu bildiriblər.

Şirkətin icazə sənədləri olmadığı üçün işçilər tullantıların uçotunu aparmayıb və sadəcə olaraq, zəhərli qazları ətraf mühitə buraxıblar. Beləliklə, xanımın mənzilinə növbəti dəfə kimyəvi sızma olub və bu səbəbdən o zəhərlənib.

Dəlil-sübutlar federal məhkəməyə təqdim olunub. Xanım ABŞ Ədliyyə Nazirliyinin cinayət işi açacağını gözləyir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin