Əhmədin xalası hüquqi varis olmaq istəyir - Məhkəmədə QALMAQAL

13:05 - 25 İyun 2024

Əhmədin xalası hüquqi varis olmaq istəyir - Məhkəmədə QALMAQAL

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qarışıqlıq yaranıb.

Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı Şəfaqət Bədəlova etiraz edib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, şahid etiraz edib.

Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: "Vallah, nə bilim, bilmirəm ki", - deyə cavab verib.

Məhkəmənin baxış iclası iyulun 4-ü saat 12:20-yə təyin edilib.



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin