Əməkdar həkim vəfat etdi

11:30 - 25 İyun 2024

Əməkdar həkim vəfat etdi

Azərbaycan Dövlət Tibb Universitetinin professor Zöhrab Qarayev vəfat edib. 
 

Manset.az xəbər verir ki, 79 yaşlı professor ötən axşam dünyasını dəyişib.

Zöhrab Qarayev  25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1961–1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakultısində təhsil alıb.1966-cı ildən Laçın rayonu Alxaslı kəndində həkim stomatoloq və 1967–1968-ci illərdə Minkənd xəstəxanasının baş həkimi işləyib.

O, 1985-ci ildə müsabiqə yolu ilə ADTİ-nun ortepedik stomatologiya kafedrasında assistent, 1987-ci ildə dosent vəzifəsinə seçilib, 2005-ci ildən isə həmin kafedranın professoru olub. 

Uzun illər Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsinin dekanı vəzifəsində işləyib.

2004-2007 ci illərdə ATU-nin stamotoloji klinikasının direktoru vəzifəsində işləyib.

2000-ci ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alıb.

Professor 160-dan çox elmi işin, o cümlədən 1 monoqrafiya, 6 dərslik və dərs vəsaiti, 8 metodik vəsait və 5 səmərələşdirici təklifin müəllifidir. Elmi işləri Azərbaycanda və xaricdə çap olunub.

Müxtəlif xarici ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Avstriya, İsveç, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayina, Sinqapur, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan, Tayland və digər ölkələrdə keçirilən konqress və sinpoziumlarda iştirak və çıxışlar edib.

Z.Qarayev 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar həkim” fəxri adı verilib. 

Mərhum professor bu gün Goradil qəbiristanlığında torpağa tapşırılacaq. 


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin