"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
11:15 - 25 İyun 2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu göndərib.
Manset.az xəbər verir ki, məktubda deyilir:
"Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin