Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
09:56 - 25 İyun 2024
Britaniyalı yeniyetmə Oran Noulson epilepsiya ilə mübarizə aparmaq üçün beyninə neyrostimulyator taxılan ilk xəstə olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat hələ ötən ilin oktyabr ayında Londonun "Great Ormond Street" xəstəxanasında aparılıb.
Ağır epilepsiya xəstəliyindən əziyyət çəkən Oranın o zaman 12 yaşı var idi, indi isə 13 yaşı tamam olub.
Həkimlər əməliyyatı nəticələr bəlli olandan sonra açıqılayıblar. O vaxtdan bəri Oranın qıcolmaları 80% azalıb. Uşağın anası oğlunun daha xoşbəxt olduğunu və həyat keyfiyyətinin xeyli yaxşılaşdığını bildirib.
Onun sözlərinə görə, epilepsiya Oranın bütün uşaqlığını əlindən alıb. Qıcolmalar zamanı oğlan yerə yıxılır və huşunu itirir, vaxtaşırı nəfəsi belə dayanır, ona təcili reanimasiya üçün dərman lazım olurdu.
Aparat beyinə sabit cərəyan nəbzini çatdıraraq qıcolmaların qarşısını alır. O, epileptik tutmalara səbəb olan siqnalları pozur.
Cihaz simsiz qulaqlıqlar vasitəsilə enerji yığır.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin