Bakıda qəza - Piyada öldü

09:49 - 25 İyun 2024

Bakıda qəza - Piyada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Elvin Qasımov idarə etdiyi "Ravon Nexia" markalı avtomobillə yolu keçən piyada Qabil Kərimov vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin